Ramil Usubov polis rəisini işdən çıxardı

Daxili işlər naziri Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin rəisi polkovnik Məmməd Mikayılovu işdən azad edib.


AzNews.az-nın məlumatına görə, DİN-nin yanvarın 28-də keçirilən Kollegiya iclasında M. Mikayılovun fəaliyyətində bir sıra nöqsanların aşkar olunduğu bildirilib və nazir onun işdən azad olunması barədə əmr verib.

Suraxanı Rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, Məmməd Mikayılov artıq bir neçə gündür ki, işə çıxmır. Onun vəzifəsini rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov icra edir.

Maraqlıdır ki, DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu xəbəri təsdiq etməyib: "Mikayıl Məmmədovun işdən azad olunmasına dair əmr imzalanması barədə məndə məlumat yoxdur".


AzNews.az