Bakıda yanğın hadisəsi baş verib



AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda, ümumi sahəsi 3000 kvadratmetr olan sexin binasında vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 2000 kv.m anbar kimi istifadə olunan tikilinin yanar konstruksiyaları və içərisindəki geyim malları 900 kv.m sahədə, ona bitişik ümumi sahəsi 2000 kv.m olan "PANO" ASC-nin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və anbara bitişik dayanan "Mercedes" markalı yük avtomobilinin banı və banına yığılmış paltar kipləri yanıb. Anbarın və "PANO" ASC-nin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az