Xaçmazda zəncirvari qəza - polis yaralandı - FOTO

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində, Gəndob-Yalama yolunun 25-ci km-də zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini İmran Ağayevin idarə etdiyi 90 KA 087 dövlət nömrə nişanlı "VAZ 21 07" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan 1991-ci il təvəllüdlü Xudat şəhər sakini Bəhram Bayramova məxsus 10 UN 573 dövlət qeydiyyat nişanlı "Qazel" markalı maşınla toqquşub.

"Qazel" isə hərəkətdə olan 1988-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Ceyhun Mehdiyevin idarə etdiyi "Vaz 21 07" və 1980-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Samir Şükürova məxsus "Chevrolet" markalı avtomobilə dəyib.

Qəza nəticəsində "Vaz 21 07" markalı avtomobilin sürücüsü İ. Ağayev daban sümüyünün qapalı sınığı diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəsarət alan şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşıdır. Faktla bağlı araşdırmalar davam aparılır.


AzNews.az