10:04
(077) 610-22-33

Evində məşuqu ilə tutulan qız intihar etdi

  • >
2 941 29 Yanvar 2014 22:52 | Hadisə



ANS PRESS-in Türkiyənin "Aksam" qəzetinə istinadən məlumatına görə, İstanbulun Qaziosmanpaşa bölgəsində ailə faciəsi yaşanıb.

Valideynləri qonaqlıqda olan gənc qız evə sevgilisini çağırıb. Gec saatlarda evə qayıdan ana qızının otağında səs gəldiyini eşidib və dərhal mətbəxdən bıçaq götürərək çətinliklə otağa girib. Otaqda oğru yerinə, qızının sevgilisi ilə rastlaşıb. Şok keçirən ana əlindəki bıçaqla oğlanı bıçaqlayıb. Aldığı bıçaq zərbələriylə yaralanan gənc oğlan qadının əlindən qaçaraq küçəyə çıxıb. Küçədə bir az qaçdıqdan sonra yıxılıb və qan itkisindən ölüb. Gənc qız isə evin balkonundan özünü aşağıya ataraq intihar edib. Qonşuların səs küyü ilə hadisə yerinə polis əməkdaşları gəlib. Polis araşdırması nəticəsində hadisə yerində iki bıçaq aşkar edilib. Bıçaqlanan oğlanın isə sinəsindən 4, kürəyindən 2 bıçaq zərbəsi vurulduğu bildirilib.
Qeyd edək ki, təqsirləndirilən ana və ata isə aparılan təhqiqatdan sonra həbsxanaya göndərilib.


AzNews.az
Bağla X