Bakıda çoxmərtəbəli binada yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 18-ci mərtəbəsində yerləşən mənzildə başlayıb. Hazırda yanğınsöndürənlər yanğının lokallaşdırması üçün tədbirlər görürlər.

Sakinlər təhlükəsizlik məqsədi ilə binadan təxliyyə olunublar.
Hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az