Metropoliten gücləndirilmiş iş rejiminə keçdi

Bakı Metropoliteni havaların soyuması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi.


Metropoliten AzNews.az-a verilən məlumata görə, yaxın günlərdə havanın qarlı-şaxtalı, çovğunlu keçməsi ehtimalı var.

Bununla əlaqədar Bakı metropoliteni xüsusi tədbirlər planının icrasına tam hazırdır.

Belə günlərdə ən ağır yükü çiynində daşıyan yol xidmətinin qarla mübarizə qərargahında müvafiq hazırlıq planı yerinə yetirilib.

Amid
AzNews.az