Bakı-Şamaxı magistralında avtoqəza: 1 ölü, 3 yaralı

Bakı-Şamaxı yolunun 70-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

"Axar.az"a Dövlət Yol Polisindən daxil olan məlumata görə, 10 ET 878 dövlət nömrə nişanlı VAZ 2105 markalı avtomobillə 90 SH 032 nömrəli VAZ 21 723 markalı "Priora" və 10 LR 600 nömrə nişanlı "Mersedes" avtomobili toqquşub.

Nəticədə VAZ 2105 markalı avtomobildə olan Göyçay rayon sakini Rəşad Niman oğlu Məmmədov hadisə yerindəcə keçinib. Dövlət Yol Polisi hadisə ilə bağlı araşdırma aparır.

AzNews.az