Sürücü və sərnişinlər parça-parça olan avtomobildən sağ çıxıblar Sürücü və sərnişinlər parça-parça olan avtomobildən sağ çıxıblar

Zərdabda ağır yol qəzası oldu

Sürücü və sərnişinlər parça-parça olan avtomobildən sağ çıxıblar



Bu gün saat təxminən 10:30 radələrində Zərdab şəhərində ağır yol qəza hadisəsi baş verib. Hadisə şahidlərinin AzNews.az-a verdiyi məlumata görə, Mingəçevir şəhər sakini Xəlilov Ağahüseyn Mirzəhüseyn oğuluna məxsus Vaz- 015 markalı avtomaşın qaz kəmərinə çırpılıb. Qəzaya səbəb maşının qarşısına qəfildən itin çıxması olub.


Xöşbəxtlikdən qaz kəmərində yağın və ya partlayış baş verməyib. Sürücü Ağahüseyn Xəlilovun çiyini qırılıb. Avtomobildə olan sürücünün həyat yoldaşı, oğlu, qızı və qardaşının arvadı orta-ağır dərəcəli bədən xəsarətləri alıblar.


Nəticədə avtomobil tamamilə yararsız hala düşüb. Şahidlər və hadisə yerinə gələn polislər parça-parça olan avtomobildən insanların sağ çıxmasını möcüzə adlandırıblar və bunu Ramazan bayramında Allahın hədiyyəsi və rəhmi kimi dəyərləndiblər.


AzNews.az