Avtobus sərnişinlərlə birlikdə çaya düşdü

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Talda - Ust-Koksa - Barnaul marşrutu ilə hərəkət edən Volvo markalı sərnişin avtobusu 20 nəfər sərnişinlə bərabər Altay respublikasında Koksa çayına düşüb. Sərnişinlər və sürücü xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yerli vaxtla axşam saat doqquzun yarısında Talda - Tyunqur - park Beluxa yolunun 40 - cı kilometrliyində avtobusun sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq Koksa çayına yuvarlanıb. Sərnişinlərdən 8 - i ağır yaralanıb. Digər xəsarət alanların vəziyyəti yüngül qiymətləndirilir.
Hadisə yerində araşdırma aparılıb.


Əli
AzNews.az