23:59
(077) 610-22-33

Rza Zərrabın iranlı ortağı ilə bağlı ŞOK qərar

  • >
2 785 30 Yanvar 2014 22:26 | Hadisə

Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın iranlı ortağı Babək Zəncani ilə bağlı şok qərar verilib.

Belə ki, dekabrın 30-da həbs edilərək, Evin həbsxanasında saxlanılan B.Zəncaninin bütün sərvəti müsadirə edilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı İran Məhkəmi Sisteminin nümayəndəsi İbrahim Rəisi verib. "Mehr" agentliyi bu barədə yaydığı xəbərdə bildirir ki, B.Zəncani haqqındakı əsas ittiham Neft Nazirliyinə olan borcunun ödənməməsi olub. Məhkəmədən verilən məlumata görə, B.Zəncaninin İranda və xarici ölkələrdə olan bütün əmlakının siyahısı təqdim edilib. Bu əmlakı qiymətləndirən qurumlar onun iş adamının borcunu ödəmək üçün yetərli olduğunu müəyyən edib.

İranın rəsmi dairələri B.Zəncaninin 2 milyard dollardan artıq borcunun olduğunu bildirir.

Elnarə
AzNews.az

Bağla X