“BMW” dərəyə aşdı: 4 nəfəri tok vurdu- Yenilənib

Qazaxda "BMW" körpünün üstündən dərəyə aşıb, ölən və xəsarət alan var.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qazax rayonu, Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik texnikası qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.(09.11)

***
Ağstafa rayonunda baş verən yol qəzasında 4 nəfər ölüb.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzNews.az-a bildirib ki, Ağstafanın Əzizbəyli kəndi yaxınlığında BMW markalı avtomobil dəmir yolu xəttinin üzərindəki körpüdən aşıb.

Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerində dünyasın dəyişib. Hdisə ilə bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

AzNews.az