Dərsə davamiyyət aşağı düşüb- Rəsmi

Havaların qeyri-sabit olması səbəbindən bir sıra məktəblərdə dərsə davamiyyət aşağı səviyyə düşüb.


Bunu AzNews.az-a açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti nəticəsində şagirdlərin dərsə davamiyyəti ilə bağlı mövcud vəziyyəti araşdırıb:

"Bəlli olub ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar şagirdlərin dərsə davamiyyəti azalıb. Bakı şəhəri üzrə şagirdlərin dərsə davamiyyəti üzrə ən aşağı göstəricilər Qaradağ rayonunda qeydə alınıb. Bütövlükddə Bakının digər rayonlar üzrə şagirdlərin dərsə davamiyyəti 40, 50 və 60 faiz civarındadır".

C. Valehov bildirib ki, bölgələrdəki vəziyyətlə bağlı Təhsil Naziliyi yoxlamalara başlayıb: "Yaxın bir neçə saat ərzində bununla bağlı əlavə açıqlama veriləcək".

Sektor müdiri qeyri-sabit hava şəraiti davam etdiyi təqdirdə məktəblərdə dərslərin dayandırılması məsələsinə də aydınlıq gətirib:

"Hələlik sabah (şənbə) və birisi günü (bazar) istirahət günü olduğundan bu məsələ nəzərdə tutulmur. Əgər bu cür soyuqlar davam edərsə buna baxılacaq".

Amid
AzNews.az