Səriştəsiz sürücülərə xəbərdarlıq: “Avtomobillə yola çıxmasınlar“

Bəzi səriştəsiz sürücülər yollarda aparılan işlərə mane olurlar.


AzNews.az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bununla bərabər onlar digər avtomobillərin hərəkətinə də manə yaradırlar.

ASC rəsmisi hesab edib ki, bu isə yollarda tıxacların yaranmasına, bəzi hallarda isə ciddi problemlərə gətirib çıxarır: "Səriştəsiz sürücülərə xəbərdarlıq edirik ki, onlar qar və çovğunun müşahidə olunduğu bu günlərdə avtomobillə yola çıxmasınlar".

P.Mürsəliyev Bakı-Sumqayıt yolunda mövcud vəziyyətlə də bağlı məlumat verib:

"Yolda sürət aşağı düşüb, bəzi ləngimələr ola bilər. Yolun bağlanmasına imkan verilməyəcək. Hazırda ərazidə texnikalar çalışır və gün ərzində, gecə saatlarında da fəaliyyətə davam edəcəklər".

Elvin
AzNews.az