17:45
(077) 610-22-33

Nazirlik müvəqqəti sığınacaqlar təşkil etdi- Siyahı

  • >
2 118 31 Yanvar 2014 10:36 | Hadisə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də müvəqqəti sığınacaqlar təşkil edib.


Havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müvəqqəti sığınacağları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcəklər:

1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;

2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69;

3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;

4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.

Məlumat əldə etmək ücün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacağlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.

Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və dıgərləri bu xidmətdən istifadə edə bilərlər.

AzNews.az
Bağla X