Qatarlara əlavə vaqonlar qoşulacaq


Havaların sərt keçməsi ilə bağlı əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq.


Bu barədə AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib.

O bildirib ki, havaların sərt keçməsi ilə bağlı əlaqədar sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər:

"Sərnişin daşımaları Departamentinin sərnişin axınını nəzərə alaraq səprnişin qatarlarına lavə vaqonun qoşulması təmin ediir. Ölkənin qərb istiqamətinə hərəkət edən sərnişin qatarlarına bu gün əlavə 8 vaqon qoşulacaq".

QSC rəsmisi əlavə edib ki, digər sərnişin qatarlarına da tələbat olacağı təqdirdə əlavə vaqonların qoşulması təmin ediləcək.

Amid
AzNews.az