Sürücü və sərnişinlər yolda qaldı -Donmaq təhlükəsi

Bakıya yağan güclü qar Müşfiqabad qəsəbəsindən Sulutəpəyə qədər olan yolda nəqliyyatın hərəkətini tam iflic edib.


AzNews.az əməkdaşı xəbər verir ki, yolda nəqliyyat vasitələrinin hərəkət tam dayanıb. Sürücü və sərnişinlər Nəqilyyat, eləcə də Fövqaladə Hallar Nazirliyindən kömək gözləyir.

Məlumata görə, avtomobillər və avtobuslar yolda qalıb. Yolu təmizləməık üçün ancaq bir traktor gözə dəyir. Yolun təmizlənməsinə heç bir texnika cəlb edilməyib.

Bahadur
AzNews.az