Korrupsiyada günahlandırılan Özbəkistan vətəndaşı həbs edildi

Özbəkistanda korrupsiyada təqsirləndirilən şəxs Azərbaycanda həbs edilib. Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Məlumata görə, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 168 və 211-ci maddələri (dələduzluq və rüşvət alma) ilə axtarışda olan Özbəkistan vətəndaşı Şerzod Erqaşev Azərbaycanda həbs edilib.

Hazırda onun ölkəsinə ekstradisiya olunması istiqamətində tədbirlər görülür.


AzNews.az