Ən çox qar cənub bölgəsinə düşüb- PROQNOZ

Yanvarın 31-dən və fevralın 1-dək Azərbaycan ərazisində ən çox qar cənub bölgəsinə düşüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, qar örtüyünün hündürlüyü Lənkəranda 52 sm, Lerikdə 50 sm, Astara 37 sm, Göytəpədə 32 sm, Yardımlıda 34 sm, Kəlvəzdə 14 sm olub.

Qarın hündürlüyü Kiçik Qafqaz ərazisində- Daşkəsəndə 17 sm, Gədəbəydə 9 sm, Göygöldə 24 sm, Gəncədə 7 sm, Şəmkirdə 4 sm, Tovuzda 5 sm, Ağstafada 7 sm olub.

Mərkəzi Aran rayonlarında qarın hündürlüyü 2-10 sm, Göyçayda 15 sm, Böyük Qafqaz ərazisində - İlisuda 13 sm, Şəkidə 18 sm, Saribaşda 27 sm, Zaqatalada 10 sm, Kişdə 15 sm, Oğuzda 20 sm, Qəbələdə 16 sm, İsmayıllıda 21 sm, Şamaxıda 16 sm, Qubada 18 sm, Xaçmazda 17 sm olub.

Paytaxt Bakı və Abşeron yarımadasında qarın hündürlüyü 6 sm, Sumqayıtda isə 24 sm olub.

Məlumata görə, hazırda Azərbaycanın əksər rayonlarında qar yağmaqda davam edir.

AzNews.az