Erməni əsirin ailəsi ilə bağlı məlumat

Ermənistan mətbuatı Azərbaycan silahlı qüvvələrinin əsgərləri tərəfindən Tovuzun Əlibəyli kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamiko Xocayanın ailəsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, kənd ağsaqqalı Kamo Çobanyan Xocayanın psixi xəstə olduğunu və buna səbəb kimi onun arvadını, oğlunu və nəvəsini itirməsini göstərib.

Onun sözlərinə görə, 77 yaşlı Mamiko Xocayanın həyat yoldaşı 55 yaşında, oğlu isə 35 yaşında dünyasını dəyişib. İki nəvəsi isə Rusiyada qəzada həlak olublar, bir nəvəsi isə xəstəlikdən ölüb. Çobanyan bildirib ki, bir dəfə Mamikonun digər oğlu onu özü ilə aparmaq istəsə də o, evdən qaçıb. Bir neçə gün sonra onu Moskvada tapıblar.

Çobanyan Mamikonun əlinin sındırılması ilə bağlı xəbərlərin də yanlış olduğunu deyib: " Yəqin ki, azərbaycanlılar bunu ona görə deyirlər ki, göstərsinlər necə "mehriban" və "humanist" insanlardır".

AzNews.az