Ramil Usubov iki rayonun polis rəisini yola salır - Təftiş

Daxili İşlər Nazirliyində yanvarın 28-də keçirilən kollegiya iclasında nazir Ramil Usubov tərəfindən ciddi tənqid edilən Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini yoxlanıb.

AzNews.az-a daxil olan məlumata görə, kollegiya iclasından sonra Ramil Usubovun göstərişi ilə hər iki polis şöbəsinə təftiş qrupu göndərilib. İki gün davam edən yoxlamalarda RPŞ-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.

Təftiş qrupunun RPŞ-nə aid əksər qovluqları özü ilə Bakıya gətirdiyi bildirilir. Yoxlamaların nəticəsi olaraq hər iki polis rəisinə raport yazmaq tələb edilib.

Qeyd edək ki, sözügedən kollegiya iclasında Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılov küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.

Azər
AzNews.az