01:24
(077) 610-22-33

Qatarların hərəkəti bərpa edildi

  • >
775 1 Fevral 2014 13:04 | Hadisə


Qatarların hər iki istiqamətdə hərəkəti bərpa edilib. Bu barədə məlumatı AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov verib.

Xatırladaq ki, yanvar ayının 29-da saat 12.15-də QSC-nin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxmışdı. Nəticədə 6 taxıl və 1 tikinti materialı vaqonu aşmış və yükü dağılmış, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılmışdı.

Elə həmin gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin, "Dəmiryolservis" MMC-nin və "Fövqəladə Hallar Qatarı" MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23.30-da hərəkət biryollu (Böyük Kəsik-Bakı istiqamətində) bərpa edilib. N.Əzməmmədov deyib ki, bu gün ikinci yolda da (Bakı – Böyük Kəsik istiqamətində) təmir işləri başa çatmış, qatarların hərəkəti tam bərpa olunub.

Amid
AzNews.az
Bağla X