Vulkan püskürdü - 11 nəfər öldü


AzNews.az Frans Press - ə istinadən xəbər verir ki, 1 fevralda İndoneziyada Sinabunq vulkanının püskürməsi nəticəsində 11 nəfər həlak olub. Onlar vulkanın tulladığı qaynar buluda düşüblər.
Bütün həlak olanlar Sinabunq rayonu ərazisindəki kənddən tapılıb. Onlardan 4 nəfəri vulkanı görmək üçün turist kimi bura gələn şagirdlərdir.


Sinabunq Sumatranın şimallında yerləşən fəaliyyətdə olan vulkandır. O 2010 - cu ilin avqustunda 400 illik sükutdan sonra oyanıb. 2013 - cü ilin noyabrında və 2014 - cü ilin yanvarında da püskürmə olub.


Əli
AzNews.az