Şəkidə dəhşətli yanğın- Fotolar

Bu gecə saat 02:40 radələrindən Şəki şəhəri mərkəzi bazarında baş verən dəhşətli yanğın söndürülüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın saat 06:57 radələrində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, gecə saatlarında baş verən yanğının söndürlüməsi üçün Oğuz, Qax, Qəbələdən də kömək üçün yanğınsöndürənlər cəlb olunub.

Deyilənlərə görə, bazarda işləyənlərə külli miqdarda ziyan dəyib.

Yanğının miqyasının böyüklüyünü və təhlükəni nəzərə alaraq, yaxınlıqdakı ərazilərə verilən elektrik enerjisi və təbii qaz dayandırılmışdı. Artıq qar və elektrik enerjisinin verilişi bərpa olunub.
image description image description image description image description