19:54
(077) 610-22-33

Şarapova şəkər brendi yaratdı

  • >
368 21 Avqust 2012 09:41 | Hadisə

Məşhur rus tennisçisi Mariya Şarapova öz markasını yaratdı



Məşhur rus tennisçi Maria Şarapova ABŞ-ın Nyu-York şəhərində ötən gün öz brendini təqdim edib. Məlumata görə, bu tennisçinin çox sevdiyi və "Sugarpova" adı ilə istehsalına başladığı müxtəlif cür şəkərlərdir. Daha əvvəl müxtəlif markaların reklam siması olan Şarapova artıq bir məhsulun da 100 faiz sahibi olmaq istədiyini deyib. "Bir məhsulun 100 faiz sahibi olmaq istəyirdim. Özüm investisiya qoydum və işləmək istədiyim insanlarla çalışıram. Əyləncəli və xüsusilə cavanlara istiqamətlənmiş iş yaratmaq istəyirdim. Şəkər fikri də burdan meydana gəldi". 2011-ci ildə 27.9 milyon dollar gəlir əldə edərək, dünyanın ən çox qazanan qadın idmançısı seçilən Şarapova öz markasını yaratmaq üçün şəkər sənayesinin ən məşhur siması olan Jeff Rubinidən yardım və dəstək alıb.

Əminə
AzNews.az
Bağla X