22:36
(077) 610-22-33

Barak Obama: “Çətin ki, Əsəd üçün hər şey yaxşılıqla qurtarsın”

  • >
512 21 Avqust 2012 09:55 | Hadisə

Obama Suriyaya hansı halda hücum olunacağını açıqladı



ABŞ prezidenti Barak Obama Suriyaya hansı halda hücum edəcəklərini açıqlayıb. AzNews.az Newsru.com saytına istinadən xəbər verir ki, Prezident Barak Obama Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib ki, regionda kimyəvi və ya bioloji silahdan istifadə təhlükəsi yaranarsa, ölkəsi Suriyaya güc tətbiq edəcək.

O, həmçinin əlavə edib ki, bioloji və kimyəvi silahdan istifadə təhlükəsi qalsa da onlar hələ ki, güc tətbiqi ilə bağlı qərar qəbul etməyiblər. "Ancaq ABŞ-ın regiondakı müttəfiqləri - İsrail və digər ölkələr üçün təhlükə yaranarsa bu cür addımı atmaq zəruri olacaq.


"Biz izin verə bilmərik ki, kimyəvi və ya bioloji silahlar terrorçuların əlinə keçsin. Biz aşkarlasaq ki, bu cür kütləvi qırğın silahlarının tətbiqi ehtimalı var, bu bizim tərəfimizdən qırmızı xəttin keçilməsi kimi qiymətləndiriləcək və ABŞ başqa cür davranmağa başlayacaq". ABŞ prezidenti Əsədin hakimiyyətdən getməli olduğunu da dilə gətirib və əlavə edib ki, "o, beynəlxalq ictimaiyyətin fikirlərini nəzərə alıb hakimiyyətdən getmək əvəzinə xalqa qarşı güc tətbiqini artırdı. Ona görə də, çətin ki, Əsəd üçün hər şey yaxşılıqla qurtarsın".

Qeyd edək ki, bundan əvvəl Çexiya KİV-lərində Suriyada kimyəvi silah axtarışı aparılacağı barədə məlumatlar səsləndirilmiş və qeyd edilmişdi ki, ABŞ Suriyaya qarşı İraq ssenarisini təkrarlaya bilər.


Sadiq

AZNews.az

Bağla X