05:10
(077) 610-22-33

Türkiyədəki partlayışda 8 nəfər ölüb, 65 nəfər yaralanıb

  • >
362 21 Avqust 2012 10:06 | Hadisə

Türkiyənin Qaziantep bölgəsində partlayış baş verib. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, terrorçular şəhər polis idarəsinin yanındakı dayanacaqda saxlanılmış avtomobildə patlayıcı maddələri uzaqdan komandayla idarə edərək, partlayış törədiblər. Partlayış nəticəsində dayanacaqdakı iki sərnişin avtobusu alovlanıb, ətrafdakı maşınlar zədələnib, ev və iş yerlərinin pəncərələri qırılıb.


Aralarında polislərin də olduğu çoxlu sayda şəxs yaralanıb. Məlumata görə, partlayışı PKK terrorçuları törədib. Polis terrorçuların yaxalanması üçün əməliyyata başlayıb.

Qaziantep valisi Ərdal Ata partlayışın bomba yüklü maşının uzaqdan idarə edilən komanda ilə partladılması nəticəsində baş verdiyinin təsdiqləndiyini deyib. Partlayışda 8 nəfər ölüb, 50 nəfərdən artıq yaralanıb.

AzNews.az

Bağla X