Azərbaycan informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib Azərbaycan informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib

İnterpol Azərbaycanın müraciəti ilə axtarışa başladı

Azərbaycan informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib



Azərbaycan hüquq-mühafizə orqanları informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, Türkiyə vətəndaşı, 42 yaşlı Jak Matalon informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması üçün tədbirlər görülür.


APA-nın əldə etdiyi məlumata görə, Jak Matalon Türkiyədə, habelə dünyada informasiya texnologiyaları sahəsində güclü mütəxəssislərdən sayılır. O, "Arustel" şirkətinin baş direktoru vəzifəsində çalışır.


AzNews.az