Vanessa Paradis axır ki danışdı...

14 illik həyat yoldaşı Coni Depdən ayrılan müğənni Vanessa Paradis ilk dəfə danışıb. Conidən ayrılmağın elə də asan olmadığını bildirən müğənni artıq buna alışdığını deyib.


Bərabər xoşbəxt ola bilmədiklərini deyən müğənni əgər davam etsəydilər bir-birilərini incidəcəklərini açıqlayıb. Ayrılıqdan sonra Conninin Aşley Olsen, sonra da Amber Heard ilə sevgilisi olması sualına isə "bu onun həyatıdır və normal haldır" deyə cavab verib.


Səadət Abbaslı

AzNews.az