22:36
(077) 610-22-33

Çaylarda suyun səviyyəsi normanı keçir

  • >
435 22 Avqust 2012 11:07 | Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, avqustun 17-dən başlayaraq ölkə ərazisində yağan yağışlar nəticəsində Böyük Qafqazın Qudiyalçay çayında suyun səviyyəsi 7 sm, Vəlvələçayda isə 17 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Lənkəranda 73 sm, Lənkərançay-Sifidorda 55 sm, Vəşərüçay-Daştatükdə isə 68 sm artım qeydə alınıb.


Avqustun 20-21-də Balakən və Qax rayonları ərazisindən axan Balakənçaydan, Kürmükçaydan, Ağçay və Hamamçaydan qısamüddətli daşqın keçmişdir. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-150, Kiçik Qafqazın çaylarında 105-165, Naxçıvan MR çaylarında isə 135-140, ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur, 510-710 faiz təşkil edir. Avqustun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artıb.


Hazırda məntəqədə su sərfi 100 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 107 m3/s və ongünlük normanın 88 faizini təşkil edib. Yağan yağışlarla əlaqədar avqustun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 59 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 162 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 96 m3/s təşkil etmiş və ongünlük normanın 140 faizinə bərabərdir.


Avqustun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 7 sm, bankədə 25 sm, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma müşahidə olunub. Salyanda suyun səviyyəsində dəyişiklik baş verməyib.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2011-ci il avqustun 22-də 429 sm), Şirvanda 205 sm (2011-ci il avqustun 22-də 302 sm ), Salyanda 163 sm (2011-ci il avqustun 22-də 299 sm), Bankədə 223 sm (2011-ci il avqustun 22-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2011-ci il avqustun 22-də 158 sm) təşkil edir


Bahadur Eyuboğlu


AzNews.az

Bağla X