Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ oldu Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ oldu

İran yenidən silkələndi

Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ oldu

Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən zəlzələ baş verib. Bu barədə İSNA agentliyi xəbər yayıb. Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,3 bal olub. Zəlzələ yerli vaxtla saat 9:30-da baş qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.


Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.


AzNews.az