İxtisas seçiminə 7771 nəfər ərizə verib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və orta ixtisas təhsil müəssisələrinə elan edilmiş ixtisas seçiminə 7771 nəfər ərizə verib.


TQDK-dan AzNews.az-a verilən məlumata görə, təsdiqlənmiş elektron ərizələrdən 1873 nəfəri birinci qrup (1725 nəfər Azərbaycan, 148 nəfər rus bölməsi), 1518 nəfər ikinci qrup (1357 nəfər Azərbaycan, 161 nəfər rus), 3448 nəfər üçüncü qrup (3189 nəfər Azərbaycan, 259 nəfər rus), 932 nəfər dördüncü qrup (887 nəfər Azərbaycan, 45 nəfər rus) üzrədir.


İxtisas seçimi avqustun 23-ü saat 23:59-dək internet vasitəsilə aparılacaq. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.


İlkin

AzNews.az