09:05
(077) 610-22-33

Kinorejissor: “Tariyel Qasımovun oyuna qoşulması biabırçılıq yox, əxlaqsızlıqdır”

  • >
903 22 Avqust 2012 14:46 | Hadisə

"Əgər Tariyel Qasımov da oyuna qoşulursa bu artıq biabırçılıq deyil, əxlaqsızlıqdır. Tariyel Qasımov sıradan bir aktyordur. Özü də kino deyil, teatr aktyorudur. Onun Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə nə işi?".

Bunu AzNews.az-a açıqlamasında kinorejissor Eldəniz Quliyev deyib. Belə aktyorların fikirlərinə əhəmiyyət vermədiyini deyən E.Quliyev, T.Qasımovu hər çalınan havaya qol qaldırıb oynadığını dedi: "Azərbaycan Kinematoqrafçılar İttifaqı yaranan gündən yetərincə iş görüb. Beynəlxalq kurslar açılıb, "Şərq-Qərb" festivalı keçirilib.


Hazırda ünvanımıza böhtanlar yağdıran bu qurumun bütün üzvləri də həm o kurslardan, həm də festivaldan bəhrələnib. Elə bir adam tapılmaz ki, İttifaq ona dəstək olmasın. Mən bilmirəm, onlar nədən narazıdılar. Əgər sizləri ittifaqın işi qane etmirdisə, elə o zaman danışaydınız. Niyə susurdunuz? Bir də ki, iş görmək istəyirdinizsə, sizə kim mane olurdu? Görəydiniz də. Mən Tariyel Qasımovun fikirləri haqqında uzun-uzadı danışmaq istəmirəm. Mənə elə gəlir ki, o, öz işi ilə məşğul olsa yaxşıdır".


Lalə

AzNews.az

Bağla X