Hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb Hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb

Xəstə özünü pəncərədən atdı

Hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb



Bakıda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Əbdürrəhmanov xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharlın səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, R. Əbdürrəhmanov bir neçə gün əvvəl mədə-bağırsaq qanaxması ilə həmin xəstəxanaya daxil olub. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az