Türkiyə ordusu daha 4 şəhid verdi

Türkiyənin dha.com.tr saytının verdiyi xəbərdə deyilir ki, bu axşam Türkiyənin Hakkari vilayətinin təxminən 20 km yaxınlığında Bağlar və Zorkeçid kəndlərinin PKK tərəfindən yola döşənən 4 partlayıcı maddənin partlaması nəticəsində Türkiyə ordusunun 4 əsgər yaralanıb.

Bunun ardınca PKK yaraqlıları ilə əsgərlər arasında toqquşma olub və yenidən əsgərlərdən iksi yaralanıb və dördü isə şəhid olub. 6 yaralı əsgər təyyarə ilə Hakkari hərbi hospitalına çatdırılıb.

Bahadur Eyuboğlu
AzNews.az