Elman Abdullayev: "Şairlərinin konkret hansı cinayətdə təqsirli bilinmələri barədə İran tərəfi heç bir rəsmi məlumat vermir" Elman Abdullayev: "Şairlərinin konkret hansı cinayətdə təqsirli bilinmələri barədə İran tərəfi heç bir rəsmi məlumat vermir"

Şairlərlərimiz hələ 15-20 gün İranda qalacaq

Elman Abdullayev: "Şairlərinin konkret hansı cinayətdə təqsirli bilinmələri barədə İran tərəfi heç bir rəsmi məlumat vermir"



"İranda həbsdə olan Azərbaycan vətəndaşları barəsində hökm yaxın 15-20 gün ərzində çıxarılacaq". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuata açıqlamasında bilidirb.

E. Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən Azərbaycan şairlərinin işi üzrə hakimlə görüşüblər və hakim onları hökmün 15-20 gün ərzində çıxarılacağına əmin edib.

Bununla belə, şairlərin konkret hansı cinayət əməlində təqsirli bilinmələri barədə Azərbaycan tərəfinə hələ də heç bir rəsmi məlumat verilməyib. E. Abdullayev Baş Konsulluğun Azərbaycan vətəndaşlarına lazımi hüquqi yardımları göstərdiyini də vurğulayıb. Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.

AzNews.az