İnterpol daha bir Türkiyə vətəndaşını axtarır

Azərbaycan hüquq-mühafizə orqanları informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən daha bir Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, Türkiyə vətəndaşı, 33 yaşlı Şahin Nejip informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib. Onun saxlanması üçün tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl daha bir Türkiyə vətəndaşını beynəlxalq axtarışa vermişdi. 42 yaşlı Jak Matalon informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir. Jak Matalon Türkiyədə, habelə dünyada informasiya texnologiyaları sahəsində güclü mütəxəssislərdən sayılır. O, "Arustel" şirkətinin baş direktoru vəzifəsində çalışır.

AzNews.az