16:00
(077) 610-22-33

Həbsxanada Quran müsabiqəsi

  • >
858 23 Avqust 2012 15:25 | Hadisə

Müsabiqənin 3 qalibinə mükafatlar təqdim edilib



Tacikistan həbsxanalarından birində Quran oxuma müsabiqəsi keçirilib. AzNews.az-ın "Regnum" saytına istinadən verdiyi məlumata görə, məhbuslar Qurani-Kərimdən ayə və surələrin oxunmasına dair bacarıqlarını nümayış etdiriblər. Müsabiqənin 3 qalibinə mükafatlar təqdim edilib.

Tacikistan İslam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Atabullo Qasımov bildirib ki, ölkənin Ədliyyə Nazirliyi quruma müraciət edərək məhbusların dini ədəbiyyatla təmini ilə bağlı köməyə çağırıb.

Mərkəz isə məhbuslara 80 kitab göndərib: "Ancaq biz bilmirdik ki, orada müsabiqə keçiriləcək". Mərkəzin həbsxanaya kitablarla bərabər göndərdiyi pul isə qalib məhbusların mükafatlandırılmasına sərf edilib.

Maraqlıdır ki, Tacukistan həbsxanalarında məhbusların əksəriyyəti "Hizbi-Təhrir", "Cəmiyyəti-Təbliğ", "Ğzbəkistan islam hərəkatı", "Sələfilik" kimi fəaliyyəti qadağan olunmuş təşkilatlara üzv olmaqda günahlandırılıb. Mütəxəssislərin fikrincə, adıçəkilən təşkilatların tərəfdarları məhbuslar arasında təbliğat aparır.

Kəmalə
AzNews.az
Bağla X