Jurnalistin Mətbuat Şurasına qarşı iddiasına baxıldı


Bakı Apellyasiya Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı məhkəmə iddiasına baxılıb.

Ə. Zeynallının həyat yoldaşı Məlahət Zeynalovanın AzNews.az-a verdiyi məlumata görə, fevralın 28-də hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin edilməyib.

Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib.

Məhkəmə "Xəbərdarlığın ləğv edilməsi, xüsusi rəyin etibarsız hesab edilməsi, iclas protokolunun hissəvi etibarsız hesab olunması, işgüzar nüfuza vurulmuş zərərin tutularaq ödənilməsi, cavabdeh qurumun vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi, təkzib verməklə üzr istənilməsi tələbi"nə baxıb.

Bahar Rüstəmli
AzNews.az