Bakıda ana və qızın ölümü ilə bağlı Rəsmi məlumat

Xəzər rayonu Türkan qəsəbəsində mənzildə yanğın baş verib.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib.

Nəticədə 4 kvm. sahədə olan əşyalar yanıb, T.İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.

AzNews.az