12:31
(077) 610-22-33

49 baş heyvan bruselyoza yoluxub

  • >
813 1 Mart 2014 12:30 | Hadisə

Zaqatalada ev heyvanlarının peyvəndlənməsinə başlanılıb. Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanlara qarayara, ev itlərinə isə quduzluğa qarşı peyvəndlər vurulur.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, peyvəndləmə işləri Kənd Təsərrüfatlı Nazirliyinin müvafiq iş planına əsasən aparılır. Yanvarın ilk iş həftəsindən etibarən Zaqatala rayon Baytarlıq İdarəsi bölgü əsasında bütün yaşayış yerlərində ev heyvanlarının peyvəndlənməsinə başlayıb.

Artıq 54 min 989 baş iribuynuzlu heyvan qarayara, 888 baş it isə quduzluğa qarşı heyvənd olunub. Eləcə də, iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin aşkara çıxarılması məqsədi qan analizi götürülüb. Müayinələr zamanı rayon üzrə 49 baş heyvanda bu xəstəlik aşkar olunub. Xəstə heyvanlar dərhal təsərrüftdan kənarlaşdırılıb.

AzNews.az
Bağla X