20:37
(077) 610-22-33

Balakəndə yol qəzaları - 3 ölü, 5 yaralı

  • >
797 1 Mart 2014 18:24 | Hadisə

Fevralın 28-də Balakən rayonunda baş vermiş iki yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevral ayının 28-də rayonun Tülü və Talalar kəndləri ərazisində baş vermiş yol qəzaları nəticəsində 5 nəfər - Balakən rayon Qullar kənd sakini, 1988-ci il təvəllüdlü Qarayev Rəşid Məhəmməd oğlu, Balakən rayonu Hənifə kənd sakini, 1996-cı il təvəllüdlü Xəlilov Ənvər Akif oğlu, Balakən rayonunun Talalar kənd sakini, 1963-cü il təvəllüdlü İmamov Sabruddin Abid oğlu, Balakən rayon sakini, 1936-cı il təvəllüdlü İmamov Bəşir Qurban oğlu və Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Yüzbaşov Tural Cəbrayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Onlardan 18 yaşlı Ənvər Xəlilov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan 26 yaşlı Rəşid Qarayevin və 78 yaşlı Bəşir İmamovun da həyatını xilas etmək mümkün olmayıb. Onlar da xəsarətləri ağır olduğundan xəstəxanada ölüblər.

Qeyd edək ki, fevralın 28-i Balakən rayonunun Tülü kənd ərazisində Rəşid Qarayev idarə etdiyi etdiyi "VAZ 2106" markalı, 08 BF 772 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək maşını yolun kənarında dayanmış, Zərdab rayon sakini Anar Pirməmmədova məxsus "KamAZ" markalı, 04 BH 225 dövlət nömrə nişanlı yük maşınına vurub.

Rayonun Talalar kəndi ərazisində isə 78 yaşlı Bəşir İmamovun idarə etdiyi "VAZ-2106" markalı 08 BD 832 dövlət nömrə nişanlı avtomobillə Biləsuvar rayon sakini Tural Yüzbaşovun idarə etdiyi "Mercedes" markalı 99 EB 985 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində ölən Ənvər Xəlilov hərbi çağırışçı olub. Tural Yüzbaşov isə Zaqatala Sərhəd Dəstəsinin Balakən rayon zastavasının zabitidir.


AzNews.az
Bağla X