Bakıda yaşayış evi yandı

Bakıda yaşayış evində yanğın baş verib.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az