05:57
(077) 610-22-33

Bakıda dəhşətli qəza: gənc yolda can verdi

  • >
1 144 2 Mart 2014 22:36 | Hadisə

Bir qədər əvvəl Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat qəzası olub.

Zabrat yolunda VAZ-2107 markalı avtomobil gənc oğlanı vurub. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin təcili yardım gələndə artıq gec idi: gənc aldığı zərbədən keçinmişdi. Şahidlərin dediklərinə görə, zərbə gənci avtomobildən bir neçə metr kənara atıb. Gənci maşın vurarkən onun mobil telefonuna atası zəng edibmiş. Şahidlər faciə barədə gəncin atasına məlumat vermək istəsələr də, buna nail olmayıblar. VAZ-2107 aldığı zərbədən tanınmaz hala düşüb. Qəzada həlak olmuş gəncin qollarında və ayaqlarında ağır sınıqlar olduğu vurğulanır. ("Milli.az")
Bağla X