14:02
(077) 610-22-33

Bakıda üç maşın toqquşdu: ölən və xəsarət alan var

  • >
945 3 Mart 2014 08:21 | Hadisə

Bakıda üç maşın toqquşub, ölən və xəsarət alan var.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,

Bakı şəhəri, Xəzər rayonunda "Opel", "VAZ" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, nəqliyyat vasitələri ağır deformasiyaya uğrayıb, 2 azyaşlı xəsarət alıb, şəxsiyyətləri məlum olmayan 2 nəfər isə aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olublar.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış zərərçəkmişləri və cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az
Bağla X