09:14
(077) 610-22-33

AXCP-dəki partlayışı FHN araşdırır - Açıqlama

  • >
670 3 Mart 2014 09:23 | Hadisə


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının zirzəmisində baş verən partlayışın səbəblərinin öyrənilməsi ilə bağlı bu gün ekspertiza keçiriləcək.
AXCP-nin sədr müavini Həsən Kərimov AzNews.az-a bildirib ki, ekspertiza Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyası tərəfindən saat 11:00-da həyata keçiriləcək və bundan sonra hadisənin baş vermə səbəbləri aydın olacaq. H. Kərimov deyib ki, partlayış səhərə yaxın baş verib və hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası cəlb olunub:

"Ekspertizanın nəticəsini gözləyirik və bundan sonra mətbuata açıqlamalar verəcəyik. Partlayış partiyanın mərkəzi qərargahının zirzəmisində yerləşən qadın bərbərxanası və ev alğı-satqısı ilə məşğul olan ofisdə baş verib. Hər iki ofis tam sıradan çıxıb. Qərargahın konfrans zalına da ciddi ziyan dəyib. Ofisimizin pəncərələri sınıb və zalın sıradan çıxıb".

H.Kərimov baş verən hadisənin onlara qarşı təxribat olmasını da istisna etməyib: "Bu versiyanı da istisna etmirik. Çünki zirzəmidə bir dəfə deyil, üç dəfə partlayış baş verib. Hər halda biz ekspertizanın rəyindən sonra öz fikrimizi tam açıqlayacağıq. Ola bilər ki, KİV-lərin iştirakı ilə mətbuat konfransı keçirək". Qeyd edək ki, bu gecə saat 04.35 radələrində AXCP mərkəzi qərargahının zirzəmisində partlayış baş verib.

Amid
AzNews.az
Bağla X