Həmcinslərini fahişəliyə cəlb edən qadın saxlanıldı

Kürdəmir sakininin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Elnarə Zeynalovanın Masazır qəsəbəsinin ərazisində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az