Polis “Sovetski” sakinlərini ərazidən uzaqlaşdırdı- Foto

Xəbər verdiyimiz kimi bu gün Bakının "Sovetski" məhəlləsinin bir qrup sakini 173 saylı orta məktəbin qarşısına toplaşmışdı.

Məktəbin qarşısına toplaşan bir qrup sakin artıq polis tərəfindən ərazidən uzaqlaşdırılıb.

APA-nın verdiyi məlumata görə, sakinlərdən bir neçəsi yaxınlıqdan keçən avtomobil yolunu bağlamaq istəsə də, polis buna imkan verməyib.

Bunun ardınca sakinlər ərazidən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər. Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirilib. Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edilib. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirilib.

AzNews.az