02:25
(077) 610-22-33

Teatr direktorları dəyişdirildi

  • >
1 393 4 Mart 2014 09:46 | Hadisə


Sumqayıt Dövlət Musiqili Dram Teatrına yeni direktor təyin olunub.
AzNews.az-a teatrdan verilən məlumata görə, bu vəzifəyə Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov təyinat alıb.

Lənkəran Dövlət DramTeatrının direktoru postuna isə Tofiq Heydərov təyin edilib.

Xatırladaq ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrının sabiq direktoru Mehman Şükürov 17 il bu quruma rəhbərlik edib.

Ötən ilin sonlarında nazirlik tərəfindən teatrda aparılan araşdırmalardan sonra M. Şükürov töhmət alıb və işdən çıxarılıb. Bu araşdırma isə teatrın səs rejissoru Anar Süleymanovun şikayəti əsasında aparılıb.

Belə ki, A. Süleymanov Mədəniyyət və Turizm Nazirliyinə, həm də Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi.

Bahar Rüstəmli
AzNews.az
Bağla X