AXCP qərargahının olduğu bina sökülür: Partiya yenə köçür- FOTOLAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının fəaliyyət göstərdiyi bina sökülür. Bu barədə məlumatı AzNews.az-a AXCP sədrinin müavini Həsən Kərimov verib.

O deyib ki, martın 3-də saat 04.30 radələrində partiyanın mərkəzi qərargahının zirzəmisində partlayış baş verib. H. Kərimov hadisə baş verən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) ekspertlərinin binaya baxış keçirdiyini bildirib:

"Nazirliyin nümayəndələri binanın qəzalı vəziyyətdə olduğunu iddia etdilər. Bizə bildirildi ki, qərargahın yerləşdiyi bina tam söküləcək. Bundan sonra bizdən tələb olundu ki, bina təcili boşaldılmalıdır".

H. Kərimov AXCP-nin qərargahdan köçmə prosesinin başlandığını da qeyd edib: "Biz də buna uyğun olaraq binanı boşaldırıq. AXCP-yə məxsus invertarlar partiya üzvlərinin evlərinə daşınmaqdadır. Partiyanın qərargahının bundan sonra harada olacağını isə hələlik deyə bilmərik".


Amid
AzNews.az
image description image description image description image description image description image description