18:59
(077) 610-22-33

Salyanda dəhşət: 49 yaşlı kişini öldürüb, sürüdülər

  • >
1 262 4 Mart 2014 15:50 | Hadisə

Aydın Xəlilov adlı şəxsin meyidini asfaltın üstündə sürüyüblər

Martın 4-də, günorta 14 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə öldürüblər.

Bu haqda "Yeni Müsavat"a məlumat verən mənbə deyib ki, A.Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxs çağırıb.

O, həmin şəxsin gəldiyi qara rəngli "Prado"ya oturub və maşın Salyan- Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb.

Meyitini Salyan- Şirvan yoluna ataraq üstündən bir neçə dəfə keçiblər. Paltarları maşının altına ilişən mərhumun meyitini asfaltın üstündə sürüyüblər. Redaksiyamızı olay haqda bilgiləndirən mənbə deyib ki, qara "Prado"nun nömrə nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib.

1965-ci il təvəllüdlü A.Xəlilovun kimin və niyə görə öldürməsinin səbəbi hələlik məlum deyil.

AzNews.az
Bağla X